Cəbrayıl rayonunun Dağ Maşanlı kəndi
Bakı, 9 oktyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Dağ Maşanlı kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə dağıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dağ Maşanlı kəndinin görüntülərini təqdim edir.