Cəhri tut bağında bərpa işləri görülüb
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və qurumlarının əməkdaşları tərəfindən Naxçıvan-Cəhri avtomobil yolunun sağ kənarındakı tut bağında bərpa işləri görülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bağda 3 hektar sahəyə 1300 ədəd tut tingi əkilib.