Cəlilabad avtovağzalında hər gün dezinfeksiya işləri görülür
Cəlilabad, 14 mart, Bağır Əliyev, AZƏRTAC
Koronavirus infeksiyasına qarşı tibbi profilaktiki tədbirlər ölkəmizin İranla sərhəd rayonlarında, o cümlədən Cəlilabadda daha fəal şəkildə həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunda əhalinin daha çox toplaşdığı avtovağzalda sərnişinlərin sağlamlığını qorumaq məqsədilə hər gün dezinfeksiya işləri görülür.
Tibbi profilaktiki tədbirlər çərçivəsində hər gün sürücülər tibbi müayinələrdən keçirilir, avtobuslar reysdən əvvəl dezinfeksiya edilir.
Avtovağzalda sərnişinlərin daha çox olduğu ərazilərə - gözləmə və kassa otağına vaxtaşırı dezinfeksiyaedici dərmanlar səpilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 14.10.2026 [22:04]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [21:48]