Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏTDƏ PARÇALANMA GÖZ QABAĞINDADIR VƏ YA ERMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİ NƏ GÖSTƏRDİ

“Seçki və cinayət qanunvericiliyinin kütləvi pozuntuları” prezidentliyə namizədlərin vəkillərinin və seçicilərin döyülməsi, onların hədələnməsi, saxta seçki bülletenlərinin səsvermə qutularına salınması və digər neqativ hallarla müşayiət olunmuş prezident seçkilərindən sonra Ermənistanda yaranmış gərgin daxili siyasi vəziyyət son günlər bir sıra siyasətçilərin və analitiklərin diqqət mərkəzindədir. Prezidentliyə namizədlərdən biri, “Orinats Yerkir” partiyasının lideri Artur Baqdasaryan bu pozuntular barədə hələ fevralın 26-da bəyanat vermişdi.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının son məlumatına görə Ermənistan prezidenti vəzifəsinə seçicilərin 52,82 faizinin səsini toplamış Serj Sarkisyan seçilmişdir. Sonrakı yerləri Levon Ter-Petrosyan (21,5 faiz), Ermənistan parlamentinin sabiq spikeri, “Orinats Yerkir” partiyasının lideri Artur Baqdasaryan (17,7 faiz) və Ermənistan Milli Məclisinin vitse-spikeri, “Daşnaksütyun” partiyasının namizədi Vaan Ovannisyan (6,2 faiz) tutur.

Xatırladaq ki, Vaan Ovannisyan seçkilərin nəticələrinə etiraz əlaməti olaraq fevralın 25-də istefa vermiş və demişdir: “Biz saxtakarlıqlara yol verildiyini bilirik, lakin bunu məhkəmədə sübut edə bilməyəcəyik, çünki rüşvət alan şəxs özünün əleyhinə şahidlik etməyəcək, şikayət vermək üçün başqa təsirli mexanizmlər isə hələlik yoxdur”. O, öz rəqiblərinə uğurlar, Ermənistan prezidentinə isə müdriklik və müvafiq islahatların aparılması üçün qətiyyətli olmağı arzulamışdır ki, “növbəti seçkilərdə iqtidar pula, inzibati resurslara və çox vaxt onlarla əlbir olan yarıkriminal elementlərə bel bağlamaq məcburiyyətində qalmasın, yalnız siyasi qüvvələrə və xalqın etimadına arxalana bilsin”.

Prezident vəzifəsinə başqa namizədlər də seçkilər zamanı pozuntulara yol verildiyini bildirmişlər. Bu fakt Ermənistanın xarici işlər idarəsinin başçısı Vardan Oskanyanı çox narahat etmişdir. “Seçkilərin qalibi elan ediləndən sonra etiraz aksiyaları ölkənin imicinə mənfi təsir göstərəcəkdir” deyən Oskanyan görünür, heç ağlına da gətirmir ki, onun “başıbəlalı” ölkəsinin imici çoxdan, özü də kənardan ciddi müdaxilə olmadan, neqativ rəng almışdır.

Ermənistan Hüquq və Azadlıqlar Mərkəzinin sədri Vardan Arutyunyanın fikrincə, “indiki iqtidar seçkilərin nəticələrinə məhəl qoymadan, sadəcə olaraq köhnə adəti üzrə özünü qalib elan etmişdir”. Vardan Arutyunyanın sözlərinə görə, ötən seçkilər xalqın məğlubiyyətidir, sağlam düşüncənin, demokratiyanın və Ermənistanın gələcəyinin məğlubiyyətidir. Bunun müqabilində Azərbaycanla qarşıdurma, Türkiyə ilə düşmənçilik, mütləq səviyyəyə çatdırılmış primitiv millətçilik, siyasi repressiyalar davam edəcək, kriminal elementlərin rolu güclənəcəkdir. Repressiyalar isə artıq başlanmışdır və getdikcə də güclənir. Məsələn, Ermənistan baş prokurorunun müavini Qagik Cahangiryan tutduğu vəzifədən azad edilmişdir. O, həm də birinci dərəcəli dövlət ədliyyə müşaviri dərəcəsindən məhrum edilmişdir. Çünki onun maşınında silah - Çexiyada istehsal edilmiş tapança və 14 patron “aşkar edilmişdir”. Gülməlidir, deyilmi?!

Levon Ter-Petrosyanın “Azadlıq” radiostansiyasına müsahibəsində bildirdiyi kimi, baş prokurorun müavini Qagik Cahangiryanın hüquq mühafizə orqanları tərəfindən saxlanılması faktı siyasi təqibdir.

“Yeni zəmanə” partiyasının lideri Aram Karapetyan müxalifətçi baxışlarına görə milli təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. “Pan Armenian.net” saytının yaydığı məlumata görə, müxalifətçi “Demokratik Vətən” partiyasının lideri Petros Makeyan da həmin xidmətlər tərəfindən saxlanılmışdır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis İctimai Televiziyanın qülləsinin, eləcə də Yerevandakı radiostansiya binasının ələ keçirilməsi cəhdinin qarşısını almaq adı ilə bir qrup şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirmişdir. Təhlükəsizlik orqanları həmin şəxslər barəsində onların Azadlıq meydanında təşkil edilən aksiyalarda özlərini ekstremist kimi aparmaları və qanunsuz hərəkətlərdə iştirak etməyə hazır olmaları haqqında məlumat aldıqlarını bildirirlər.

Həbs edilənlərin və döyülənlərin hamısının adlarını sadalamağa lüzum yoxdur. Bunlar Ermənistanda yaranmış daxili siyasi vəziyyətin ümumi mənzərəsinin yalnız detalları, ştrixləridir.

İstər MDB-dən olan müşahidəçilərin, istərsə də ATƏT və Avropa Parlamenti missiyalarının Ermənistanda keçirilmiş seçkilərin beynəlxalq standartlara uyğun olduğunu bəyan etmələri fonunda ölkəni bürümüş güclü siyasi etiraz aksiyaları anlaşılmaz təsir bağışlaya bilərdi, lakin cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin, o cümlədən gənclərin toplaşdığı meydanın böyük potensialı bu ilk baxışdan anlaşılmaz görünən siyasi mənzərəyə bir aydınlıq gətirir.

Bütün ermənilərin katolikosu İkinci Qareginin istefasını tələb edən sənədin altında imza toplamaq təşəbbüsü isə Ermənistanda seçkisonu sindromunu səciyyələndirən və heç bir əndazəyə sığmayan bir hadisəyə çevrilmişdir. Bu tələb onunla əlaqədardır ki, katolikos “seçkilərin saxtalaşdırılması” ilə bağlı minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarına baxmayaraq, Serj Sarkisyanı Ermənistan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etmişdir. Bu faktı isə heç cür təkzib etmək mümkün deyil. Hörmətli oxucu, yadınızdadırsa erməni Qriqorian kilsəsi Ermənistan cəmiyyətində həmişə çox böyük nüfuza malik olmuş, təkcə daxili deyil, həm də xarici siyasi prosesləri təşkil etmək və lazımi məcraya yönəltməklə, birləşdirici rol oynamışdır. Yuxarıda deyilənlər bir daha göstərir ki, indi Ermənistan cəmiyyətində təkcə siyasi parçalanma, vətəndaş qarşıdurması deyil, həm də mənəvi parçalanma müşahidə olunur. Bu isə bütövlükdə Ermənistan hakimiyyəti üçün bir sürprizdir.

Onu da yada salmaq lazımdır ki, fevralın 25-də Amerikanın Los-Anceles şəhərində yaşayan 18 minə yaxın erməninin iştirakı ilə ABŞ rəhbərliyindən Ermənistanda keçirilmiş seçkilərin nəticələrinin tanınmaması tələbi ilə nümayiş keçirilmişdir. Nümayişçilər Yerevanda Azadlıq meydanında fevralın 20-sindən başlayaraq, keçirilən müddətsiz mitinqin iştirakçıları ilə birbaşa telefon əlaqəsi də yaratmışdılar. Beləliklə, diaspor hərəkatında da parçalanma göz qabağındadır.

Hadisələrin heç də ürəkaçan olmadığı bu vəziyyətdə Ermənistanın hakim dairələri müxalifətin mitinqini dağıtmaq barədə qərar qəbul etmişlər. Martın 1-də keçirilmiş aksiyada polis dəyənəklərdən, elektroşok və başqa xüsusi vasitələrdən istifadə etmişdir.

Tanınmış erməni politoloqu Manvel Sarkisyanın fikrincə, “əgər iqtidar tərəfindən real dialoq və vəziyyətin yumşaldılması istiqamətində ciddi addımlar atılmasa, ehtirasların qızışması fonunda proseslərin “inqilabla başa çatacağı” istisna olunmur”.

Müasir Ermənistan problemləri üzrə ekspert Viktor Yakubyan isə belə hesab edir ki, ümumiyyətlə erməni tərəfinin işğal etdiyi əraziləri Azərbaycana qaytarmasının qaçılmazlığı, münaqişə bölgəsinə beynəlxalq sülhyaratma qüvvələrinin yeridilməsinin zəruriliyi və Qarabağın müstəqillik əldə etmək iqtidarında olmaması barədə tezislər irəli sürən L.Ter-Petrosyanın Ermənistanın siyasi səhnəsinə qayıtması Robert Koçaryanın hakimiyyətinin məntiqi yekunudur.

Onun fikrincə, əgər L.Ter-Petrosyan Ermənistanın özünün geriyə yuvarlanmaqda olduğunu görməsəydi, bəlkə də bir siyasətçi kimi kölgədə qalardı.

Lakin müxalifətin mitinqinin dağıdılmasına baxmayaraq, cəmiyyətdə baş verən radikallaşma şəraitində kəskin qarşıdurma davam edir. Bu şəraitdə Levon Ter-Petrosyan ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək prezident seçkilərinin nəticələrini ləğv etmək tələbi ilə iddia qaldırmışdır.

Qafqaz KİV İnstitutunun direktoru Aleksandr İskandaryanın proqnozuna görə siyasi qarşıdurmanın davam etdiyi bütün müddətdə ilk dəfə, necə deyərlər, top sabiq prezidentin meydanına düşmüşdür və onun tərəfdarları bir növ yol ayrıcında qalmışlar. İndi onların davranışı heç də birmənalı olmaya bilər. Xüsusən də ona görə ki, artıq Yerevanda barrikadalar qurulur...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub