RƏSMİ XRONİKA
CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KQALEMA PETRUS MOTLANTEYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 aprel 2009-cu il.