Cənubi Karolinada silahlı insident nəticəsində beş nəfər ölüb
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ-ın Cənubi Karolinada ştatında odlu silahdan açılan atəş nəticəsində beş nəfər, o cümlədən iki azyaşlı uşaq həlak olub.
AZƏRTAC Fox13 telekanalına istinadla xəbər verir ki, York dairəsi polis idarəsinin məlumata əsasən, faciə Rock-Hill şəhərciyindəki evlərin birində yaşanıb.
İnsident nəticəsində şəhərdə məşhur olan 70 yaşlı həkim Robert Lesli, onun 69 yaşlı həyat yoldaşı Barbara və iki azyaşlı nəvələri ölüb. Hadisə yerində, onların evində işləyən xidmətçi kişinin cəsədi də aşkarlanıb. Ağır yaralanan daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Polis cinayəti törətməkdə şübhəli bilinən qaradərili şəxsin izinə düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu cinayət yerinin yaxınlığında yerləşən evində aşkarlayıb. Şübhəlinin sonrakı taleyi barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]