Cənubi Koreyada hakim partiyanın rəhbərləri kütləvi formada istefa verib
Pekin, 9 aprel, AZƏRTAC
Cənubi Koreyanın hakim Demokrat Partiyasının rəhbər şəxsləri ölkənin 2 ən böyük şəhəri olan Seul və Busanda aralıq mer seçkilərində gözlənilməz məğlubiyyətdən sonra kütləvi formada istefa veriblər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, partiyanın sədri vəzifəsini icra edən Kim Te-nyeon rəhbərliyin seçkilərdəki məğlubiyyətinin məsuliyyətini öz üzərlərinə götürərək istefa verdiyini açıqlayıb.
Bildirilir ki, hakim partiya yeni sədr seçmək üçün planlaşdırıldığından 1 həftə əvvəl - mayın 2-də qurultay keçirəcək.
Qeyd edək ki, bu, ölkənin hazırkı Prezidenti Mun Ce-inin üzvü olduğu Demokrat Partiyasının ötən 6 ildə ilk məğlubiyyətidir. Partiya 2016 və 2020-ci illərdə parlament seçkilərində, 2017-ci ildə prezident, 2018-ci ildə isə bələdiyyə seçkilərində qələbə qazanıb.
Məğlubiyyəti ictimaiyyətin hakim partiyaya töhməti kimi qəbul etdiyini bildirən Prezident Mun Ce-in vurğulayıb ki, öz vəzifələrini böyük məsuliyyət hissi ilə yerinə yetirəcək. O, xalqın COVID-19 pandemiyası, iqtisadiyyatın canlanması, əhalinin rifahının yüksəlməsi və korrupsiya ilə mübarizəyə dair tələblərinin yerinə yetirilməsi üçün mümkün olan hər addımı atacaqlarını deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]