Cənubi Koreyada karantin rejimi daha 3 həftə müddətinə uzadılıb
Pekin, 9 aprel, AZƏRTAC
Cənubi Koreyada son günlər COVID-19 virusuna sutkalıq yoluxma hallarının çoxalması səbəbindən karantin rejimi daha 3 həftə müddətinə uzadılıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, qüvvədə olan karantin rejiminin tələblərinə uyğun olaraq, 5 nəfərdən çox adamın toplaşması qadağandır. Hökumət bu siyahıya paytaxt Seulda və Busan şəhərində barların və gecə klublarının fəaliyyətinin qadağan olunmasını da əlavə edib. Yerli hökumətlər epidemik vəziyyətə uyğun olaraq kafelərin, karaoke klublarının və idman zallarının fəaliyyətini məhdudlaşdıra bilər. Supermarketlərdə ərzaq nümunələrini dadmaq qadağan olunub.
Hazırda Seul və ətraf ərazilərdə, Busan və Decon şəhərində 5 pilləli şkala üzrə 2-ci, ölkənin digər bölgələrində isə 1.5-ci səviyyədə karantin rejimi tətbiq olunur.
Baş nazir bildirib ki, pandemiyanın daha güclü 4-cü dalğası yaxınlaşır. O, gələn həftə əlavə antivirus tədbirlərinin açıqlanacağını deyib.
Qeyd edək ki, son günlər Cənubi Koreyada virusa yoluxma hallarının çoxalması ölkədə pandemiyanın 4-cü dalğasının yaxınlaşdığını deməyə əsas verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]