Cənubi Koreyanın dövlət borcu ötən il rekord həcmdə artıb
Bakı, 6 aprel, AZƏRTAC
Koreya Respublikasının dövlət borcu 2020-ci ildə 846,9 trilyon von (750,5 milyard dollar) təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2019-cu illə müqayisədə 123,7 trilyon von (110 milyard dollar) çoxdur.
Dövlət borcunun kəskin artması koronavirus pandemiyası ilə mübarizəyə sərf olunan böyük xərclərlə əlaqədardır. Ötən il əhaliyə, kiçik və orta biznesə fövqəladə yardım paketlərinin maliyyələşməsi üzrə ümumi həcmi 67 trilyon von (59,5 milyard dollar) təşkil edən dörd əlavə büdcə qəbul edilib. Eyni zamanda, sərt karantin tədbirləri səbəbindən vergi ödəmələri azalıb.
Ötən il Koreya Respublikasının dövlət borcu ümumdaxili məhsulun 44 faizini təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,3 faiz çoxdur. 2021-ci ildə Cənubi Koreyanın dövlət borcunun 965,9 trilyon vona (858,7 milyard dollar) çatacağı və ümumdaxili məhsulun 48,2 faizini təşkil edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]