SİYASƏT
Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.