Ceyhun Sultanov: Mahir Emrelinin 2-ci Bundesliqa üçün yaxşı keyfiyyəti var

Bakı, 25 iyun, AZƏRTAC
Mahir Emrelinin “Kayzerslautern” karyerasının uğurlu olacağına inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol mütəxəssisi Ceyhun Sultanov Azərbaycan millisinin üzvü Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern” komandasına keçidi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Mahir Emreli yeni komandasında qol vurmaq bacarığını nümayiş etdirəcək: “Ötən mövsüm 2-ci Bundesliqanın digər kollektivi “Nürnberq”də yaxşı performans sərgilədi. İnanıram ki, “Kayzerslautern”də də bunun davamını gətirəcək. Bu liqa da asan deyil. Güclü rəqabət var. Mahirin həmin çempionat üçün yaxşı keyfiyyəti var. Buna görə onu transfer ediblər”.
Qeyd edək ki, Mahir Emreli “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [15:01]
Premyer Liqaya yüksələn klub qapıçısı ilə yeni müqavilə imzalayıb
- 10.07.2025 [13:05]
Aslan Kərimov: “Selye” məğlub edilməyəcək rəqib deyil
- 10.07.2025 [12:59]
“Ayaks” İngiltərə millisinin üzvü ilə yollarını ayırıb
- 10.07.2025 [12:34]
Azərbaycan millisinin FIFA reytinqində yeni mövqeyi bəlli olub
- 10.07.2025 [12:13]