CEYRANBATAN MEŞƏBƏYLİYİNDƏ YANĞIN HADİSƏSİ BAŞ VERMİŞDİR
Bakı, 24 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xırdalan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisi olan Ceyranbatan meşəbəyliyində yanğın hadisəsi baş vermişdir. Yanğına səbəb ərazidən keçən yüksək gərginlikli elektrik naqillərindən çıxan qığılcımlar olmuşdur.
Açıq və otla örtülü sahədə baş vermiş yanğın 1,5 hektar ərazini əhatə etmiş və meşə fonduna ziyan dəyməmişdir.
Yanğın Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin Abşeron rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşlarının köməkliyi ilə qısa müddət ərzində operativ qaydada söndürülmüşdür.
ETSN milli sərvətimiz olan meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini diqqətli və fəal olmağa çağırır, vətəndaşlardan meşə ərazisində alov və ya tüstü müşahidə etdikdə dərhal FHN-nin yanğından mühafizə şöbələrinə, həmçinin ETSN-in qaynar xəttinə 438-13-35, 439-18-63 məlumat vermələrini xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]