Çağırış Kuboku: Şuşa komandasının oyununa təyinatlar açıqlanıb
Bakı, 20 noyabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/16 final matçının supervayzeri təyin edilib.
Z. Gözəlbəyli noyabrın 21-də Bakıda “Xarı Bülbül Şuşa” və Yunanıstanın “Panatinaikos ATHENS” klubları arasında keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, görüşün hakimləri türkiyəli Ramazan Çevik və monteneqrolu Yelena Mitroviç olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]