Çağırış Kuboku: “Xarı Bülbül” 1/16 finalda ilk matçını keçirəcək
Bakı, 21 noyabr, AZƏRTAC
Bu gün Çağırış kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül” 1/16 final mərhələsində ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Şuşa təmsilçisi Bakıda Yunanıstanın “Panathinaikos” klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da Voleybol Mərkəzində baş tutacaq. Komandalar arasında ikinci oyun isə noyabrın 29-da Yunanıstanda keçiriləcək.
“Xarı Bülbül” Çelenc kubokunun ilk turunda Slovakiyanın “Spartak” klubuna hər iki görüşdə qalib gəlib (3:0, 3:1).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]