Çağlayan Çağlar: Sağlam informasiya mühiti üçün tənqidi düşünmə və tənzimləyici mexanizmlər vacibdir

Bakı, 15 aprel, AZƏRTAC
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısında Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan, eləcə də Azərbaycandan olan təmsilçilər media savadlılığını təşviq etməklə yanaşı, dezinformasiya ilə mübarizədə formalaşdırdıqları dəyərli təcrübə və strategiyalarını bölüşürlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun eksperti Çağlayan Çağlar aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, cəmiyyətlərimizin sağlam informasiya mühitinə çıxışı üçün vətəndaşlara tənqidi düşünmə bacarıqları qazandıran tənzimləyici mexanizmlər son dərəcə vacibdir. BRAF-ın ötən illər ərzində əldə etdiyi uğurlar bu sahədə gələcək istiqamətləri dəqiq şəkildə müəyyənləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [16:02]
“Elektron Bələdiyyə” portalının təqdimatı olub
- 18.04.2025 [15:23]
Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
- 18.04.2025 [15:16]
“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb
- 18.04.2025 [14:51]
Bu ilin ilk rübündə DOST xidmətlərindən 213 min vətəndaş faydalanıb
- 18.04.2025 [14:44]