Çaylarda mövcud vəziyyət araşdırılmışdır
Bakı, 24 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşları çayların vəziyyəti ilə bağlı araşdırma aparmışlar.
Departamentdən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-220, Lənkəran-Astarada 20-90, Kiçik Qafqazda 110-120, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 92 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 113 kubmetrdir.
Kürün aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsinin 434, Şirvanda 307, Salyanda 304, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 157 santimetr olması qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]