Çaylarda sululuqla bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb
Bakı, 6 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma qeydə alınıb. Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Araşdırmaya görə, suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 330, Şirvanda 179, Salyanda 163, Bankədə 178, Novruzlu məntəqəsində isə 80 sm olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]