Çaylarda sululuqla bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, araşdırmaya görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 432 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalıb. Bu məntəqədə su sərfi saniyədə 146 kubmetr olub.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 324, Şirvanda 173, Salyanda 135, Bankədə 175, Novruzlu məntəqəsində isə 80 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]