Çaylarda suyun səviyyəsi azalmışdır
Bakı, 12 iyul (AZƏRTAC). İyul ayının ikinci ongünlüyünün əvvəllərində çaylarda suyun səviyyəsi azalmışdır. Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 70-120, Lənkəran-Astarada 70-130, Kiçik Qafqazda 80-110, Naxçıvan MR çaylarında isə 100-140 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 172 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 98 kubmetrdir.
Suyun səviyyəsi Kürün aşağı axınındakı Surra məntəqəsində 459, Şirvanda 334, Bankədə 257, Salyanda 311, Araz çayının Novruzlu məntəqəsində isə 200 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]