Çaylarda suyun səviyyəsi ötən ilə nisbətən aşağıdır
Bakı, 18 iyul (AZƏRTAC). Böyük və Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 75-115, Naxçıvan MR çaylarında isə 90-110 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 188 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 71 kubmetrdir.
Suyun səviyyəsi Kürün aşağı axınındakı Surra məntəqəsində 438, Şirvanda 323, Bankədə 260, Salyanda 327, Araz çayının Novruzlu məntəqəsində isə 145 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]