Çayların sululuğu ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb
Bakı, 12 may, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mayın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 470 kubmetr/saniyə olmaqla ongünlük normanın 63 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 138 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 47 santimetr azalma qeydə alınıb.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 433, Şirvanda 361, Salyanda 301, Bankədə 225, Araz çayının Novruzlu məntəqəsində isə 163 santimetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]