Çempionlar Liqası: Bakının “Lokomotiv” komandası “Dinamo Kazan”a məğlub olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarında ilk oyununu oktyabrın 28-də səfərdə keçirib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Rusiyada “Dinamo Kazan” komandasının qonağı olub. Finlandiyalı hakim Kari Partiainenin idarə etdiyi oyunda “Dinamo Kazan” komandası 3:1 hesabı ilə qalib.
Çempionlar Liqası yarışlarının “A” qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır. Bu qrupda yer alan digər təmsilçimiz “Azərreyl” isə ilk görüşündə Almaniya təmsilçisindən üstün olub - 3:0.