Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk oyununu keçirib - YENİLƏNİB 4
Bakı, 11 sentyabr, AZƏRTAC
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu İngiltərədə "Mançester Yunayted"in qonağı olub.
"Old Trafford" stadionunda keçirilən qarşılaşma "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş, 45-ci dəqiqədə Benyamin Şeşko və 68-ci dəqiqədə Lisandro Martines vurublar.
Qeyd edək ki, "Sabah" liqa mərhələsində ikinci oyununu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya Praqa" komandasına qarşı keçirəcək.
00:05
UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçirilən I tur oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşmada ilk hissədən sonra hesab "qırmızı-şeytanlar"ın xeyrinədir - 3:0.
Qolları 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş və 45-ci dəqiqədə Benyamin Şeşko vurublar.
23:50
UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçirilən I tur oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb - 0:3.
"Qırmızı şeytanlar"ın heyətində qolları 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş və 45-ci dəqiqədə Benyamin Şeşko vurublar.
23:34
UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçirilən I tur oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşmanın 27-ci dəqiqəsində "qırmızı şeytanlar"ın heyətində Mateus Kunya fərqlənib - 1:0.
Görüşü Fransa Futbol Federasiyasından FIFA dərəcəli hakim Villi Delajo idarə edir.
23:03
UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında birinci tur oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü Fransa Futbol Federasiyasından FIFA dərəcəli hakim Villi Delajo idarə edir.