Çempionlar Liqası: “Sabah”ın Finlandiyaya səfər planı bəlli olub
Bakı, 24 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda KuPS komandasının qonağı olacaq “Sabah”ın Finlandiyaya səfər planı bəlli olub.
Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, komanda iyulun 26-sı səhər saatlarında səfərə yola düşəcək.
Bakı klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 18:30-da, komandanın açıq məşqi isə 19:00-da olacaq.
Qeyd edək ki, iyulun 28-də Kuopio şəhərində keçiriləcək KuPS – “Sabah” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İlk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]