Çex Respublikasının hökuməti ölkənin müdafiə sənayesinin inkişafına əlavə vəsait ayıracaq
Praqa, 4 aprel, AZƏRTAC
Çex Respublikasının hökuməti ölkənin müdafiə sənayesinin inkişafına əlavə vəsait ayıracaq. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin bugünkü iclasında bu sektorun digər ölkələrlə əməkdaşlıq üçün yeni imkan olduğu qeyd edilib. CTK agentliyinin məlumatına görə, Baş nazir Petr Fiala bildirib ki, ölkəsinin müdafiə sənayesi böyük potensiala malikdir, çünki Avropa İttifaqının bütün üzv dövlətləri müdafiə sahəsinə xərcləri artırır. Bu, ölkəyə ənənəsi hələ Çexoslovakiya vaxtından qorunub saxlanılan HSK sahəsində əməkdaşlıq etməyə imkan verir.
Çex Respublikasının hərbi sənaye sahəsindəki şirkətləri yeni növ silahların işlənib hazırlanmasında iştirak edirlər. Bu şirkətlərin vasitəsilə ölkə Avropa İttifaqının döyüş sursatının istehsalının artırılması üzrə layıhəsinə qoşulmaq arzusundadır.
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]