Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çexiya Prezidenti Vatslav Klaus Bakı Slavyan Universitetində olmuşdur

Bakı, 18 may (AZƏRTAC). Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də Bakı Slavyan Universitetində (BSU) olmuşlar.

Əvvəlcə Prezident Vatslav Klaus və xanımı Liviya Klausova BSU-nun rektoru Kamal Abdullayevlə görüşmüşlər.

Rektor qonaqlara universitetin tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu ali təhsil ocağında artıq 10 ildir ki, çex dili və ədəbiyyatı tədris edilir. Çex dili universitetin tərcümə və regionşünaslıq fakültələrində tədris olunur.

Prezident Vatslav Klaus bunu yüksək qiymətləndirərək BSU-nun fəaliyyəti ilə tanış olmasından məmnunluğunu bildirmişdir.

Prezident Vatslav Klausun rəsmi səfərinin ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, humanitar sahədə də əlaqələrin inkişafına təkan verəcəyini qeyd edən K.Abdullayev BSU-nun Çexiyada fəaliyyət göstərən ali təhsil ocaqları ilə əməkdaşlıq etməsində maraqlı olduğunu vurğulamışdır.

Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə davam etdirilən görüşdə K.Abdullayev 4 min tələbəsi olan BSU-da 50-dən artıq gəncin çex dilini və ədəbiyyatını və ümumiyyətlə, Çexiyanın yerləşdiyi regionu öyrəndiyini bildirmişdir.

Çexiya Prezidenti universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etmişdir.

Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Çexiya dövlətinin başçısı BSU-da çex dili və ədəbiyyatının tədrisini, eləcə də çex dili və mədəniyyəti mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar müzakirələr apardığını deyən Çexiya dövlətinin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun gücləndirilməsinə şərait yaratmışdır. Ali qonaq mayın 17-də Bakı Biznes Mərkəzində keçirilmiş Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini də qeyd etmişdir.

Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan Prezident Vatslav Klaus Azərbaycan və Çexiya ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də BSU-da çex dilində təhsil alan tələbələrin Çexiyada yay məktəbi keçmələri ilə bağlı məsələni diqqət mərkəzində saxlayacağını bildirmişdir.

Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyən Çexiya Prezidenti səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd etmişdir. Prezident Vatslav Klaus əlavə etmişdir ki, çexiyalı turistlər Azərbaycanın füsunkar təbiətini görmək, zəngin mədəniyyəti ilə tanış olmaq üçün mütləq bu ölkəyə gəlməlidirlər.

Daha sonra Prezident Vatslav Klaus BSU-nun müəllim və tələbələrinin Çexiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, Çexiyanın xarici siyasəti və digər mövzularda suallarını cavablandırmışdır.

Çexiya Prezidenti və xanımı tələbələrin ifasında çex dilində mahnı və şeirlər dinləmişlər.

Çexiya dövlətinin başçısı BSU-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Prezident Vatslav Klaus və xanımı Liviya Klausova tələbələrlə xatirə şəkli çəkdirmiş, onlarla çex dilində söhbət etmişlər.

Sonra Çexiya Prezidenti və xanımı BSU-da fəaliyyət göstərən çex dili və mədəniyyəti mərkəzi ilə tanış olmuşlar. Ali qonağa və xanımına mərkəzin fəaliyyəti haqqında məlumat verilmişdir.

Çexiya dövlətinin başçısı mərkəzə özünün də müəllifi olduğu kitabları hədiyyə etmişdir. Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident Vatslav Klaus və xanımı Liviya Klausova tələbələrlə xatirə şəkli çəkdirmişlər.

Çexiya Prezidenti və xanımı universitetdən xoş təəssüratla ayrılmışlar.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq

Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi

Oleq Əmirbəyov: Aleksandr Şarovski quruluş verdiyi tamaşalarda yaşamağa davam edəcək

Bakıda beynəlxalq simpoziumda qırğız yazısının tarixi ilə bağlı araşdırmalar təqdim olunacaq

Xəzər dənizinin sürətlə dayazlaşması: Qlobal iqlim dəyişikliyi və regional su böhranı – ŞƏRH

Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub

Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi

Lənkəranda yeni turizm obyektləri istifadəyə veriləcək

BCAW2026: Su mərkəzli iqlim fəaliyyətinə dair dəyirmi masa keçirilib

Ağdərənin Suqovuşan kəndində müasir yaşayış və sosial infrastruktur yaradılıb

Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub

Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb

Geridə qalan köçkünlük, Kəlbəcərdə yeni emalatxana: Bir dülgərin QAYIDIŞ HEKAYƏSİ

Siyasi şərhçi: Xəzər hövzəsində ekoloji problemlərin həlli regional əməkdaşlıq tələb edir

İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb

Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər

Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib

“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır

Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti istiqamətində görüləcək işlər dəyərləndirilib

Vivek Şah: Bakı Dialoqunun əsas məqsədi su və iqlim gündəliyi üzrə ortaq prioritetləri müəyyənləşdirməkdir

Siyasi şərhçi: Azərbaycanın əsas hədəfi COP29 irsini konkret layihələrə və investisiyalara çevirməkdir

Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında 200-ə yaxın vakansiya təqdim ediləcək

“Azərbaycan florasının konspekti” - fundamental elmi nəşr

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün