Çexiyalı tələbələr Azərbaycan reallıqları haqqında məlumatlandırılıblar
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkədə təşkil edilən “Azərbaycanşünaslıq” kursları çərçivəsində respublikamızla bağlı mühazirə oxuyub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Şəfiyev ölkəmizin müasir tarixi, keçdiyi inkişaf yolu və üzləşdiyi təhdidlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında tələbələrə məlumat verib.
“Azərbaycanşünaslıq” kursları Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi və Praqa Karl Universitetinin Avropa Tədqiqatları İnstitutunun birgə əməkdaşlığı ilə təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]