Çin Comolunqma zirvəsinə xarici ekspedisiyaları dayandırıb
Pekin, 13 mart, AZƏRTAC
Çin yeni tip koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaz mövsümündə Himalay dağ silsiləsindəki dünyanın ən yüksək zirvəsi - Everestin (Comolunqma) şimal hissəsinə xarici ekspedisiyaları dayandırıb.
AZƏRTAC Tibet Alpinizm Assosiasiyasına istinadla xəbər verir ki, Çin pandemiya ilə mübarizədə ciddi uğurlara imza atsa da, dünya səviyyəsində virusun sürətlə yayılması təhlükə olaraq qalır. Alpinistlərin sağlamlığının qorunması və ekspedisiya təşkilatçılarının potensial zərərinin qarşısının alınması məqsədi ilə belə bir vaxtda Everestə xarici ekspedisiyaların təşkili məqsədəuyğun hesab olunmur.
Assosiasiyanın məlumatına əsasən, 20-dən çox ölkədən alpinist və bələdçilər yaz mövsümündə Everestə ekspedisiyanın təşkili üçün hələ COVID-19-un ortaya çıxmasından əvvəl müraciət ediblər.
Qeyd edək ki, dünyanın ən yüksək zirvəsinə 2 əsas istiqamətdə ekspedisiyalar təşkil olunur. Bunlardan biri Nepal ərazisindən cənub-şərq marşrutu ("standart marşrut" kimi tanınır), digəri isə Çin ərazisində şimal marşrutudur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]