ÇİN HƏRBİ XƏRCLƏRİ KƏSKİN SURƏTDƏ ARTIRMASI BARƏDƏ ABŞ-IN İTTİHAMLARINI RƏDD EDİR
ÇXR-in müdafiə naziri Sao Qançuan Asiya ölkələrinə səfəri gedişində Pekində olan amerikalı həmkarı Donald Ramsfeld ilə birgə konfransda bildirmişdir ki, “müdafiə potensialına vəsait qoyuluşlarını geniş miqyasda artırmaq bizim üçün, sadəcə, mümkün deyil”. Çin naziri demişdir ki, onun ölkəsinin başlıca məqsədi iqtisadi quruculuq və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsidir.
ÇKP MK-nın Partiya məktəbində çıxışında ABŞ-ın müdafiə naziri Çini müdafiə xərclərində “daha çox açıqlığa” çağırmış və demişdir ki, Pekinin “qapalılığı” bu sahədə “hamıda şübhə doğurur”.
2005-ci ildə ÇXR-in müdafiəyə ayırdığı təxsisat 30 milyard dollar məbləğində planlaşdırılmışdır ki, bu da ötən illə müqayisədə 12,6 faiz çoxdur. Lakin Vaşinqton güman edir ki, ÇXR-in real hərbi xərcləri təxminən 3 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]