Çin neft ehtiyatlarından istifadəyə icazə verib
Bakı, 10 aprel, AZƏRTAC
Pekin dövlətə məxsus neft emalı zavodlarına daxili tədarükü sabitləşdirmək üçün neft ehtiyatlarından istifadəyə icazə verib.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Çin aprel-iyun aylarında ehtiyatlarından gündə bir milyon barel neft çıxara bilər.
ÇXR-in ümumi neft ehtiyatları 1,4 milyard barel həcmində qiymətləndirilir. Pekin orta hesabla gündə təxminən 11 milyon barel neft idxal edir. Beləliklə, emal həcmi əvvəlki qaydada saxlanılarsa və idxal tamamilə dayanarsa, kommersiya ehtiyatları 2,5 ay, ümumi ehtiyatlar isə təxminən dörd ay kifayət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]