Çin şirkətləri Azərbaycanda tikinti sahəsinə investisiya yatırmaq istəyirlər
Bakı, 28 sentyabr, AZƏRTAC
Çin şirkətləri Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə bağlı investisiya qoymaq, eləcə də tikinti şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Çinin “NİNGBO WELWORK PRE CO.LTD” şirkətinin meneceri Sofi San deyib.
“NİNGBO WELWORK PRE CO.LTD” şirkətinin tikinti sahəsində təhlükəsizlik materialları istehsal etdiyini, illik istehsal gücünün 1 milyon dollar olduğunu söyləyən S.San bildirib ki, həmin məhsullar xarici ölkələrə ixrac edilir.
S.San, həmçinin əlavə edib ki, yaxın zamanda Azərbaycanda da filial açılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]