Çin ÜST-ni koronavirusun ABŞ laboratoriyasından sızması versiyasını araşdırmağa çağırıb
Bakı, 31 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ABŞ-ın Fort-Detrikdəki hərbi laboratoriyasından və digər ölkələrin müvafiq müəssisələrindən sızması versiyasını öyrənməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xya Çun-in martın 31-də keçirilən müntəzəm brifinqdə bildirib.
Onun sözlərinə görə, ekspert qrupunun üzvləri lazım gəldiyi təqdirdə dünyanın bütün müvafiq laboratoriyalarında tədqiqat aparacaqlarını bildiriblər. “Bildiyiniz kimi, Uxandakı laboratoriyalarda bu cür tədqiqat aparılıb. Bəs Fort-Detrik ekspertlərin üzünə nə vaxt açılacaq?”, - deyə diplomat xanım soruşub.
O, həmçinin qeyd edib ki, Fort-Detrik laboratoriyası haqqında xəbərlər KİV-də 2019-cu ilin iyununda verilirdi, amma indi susurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]