Çində COVID-19 xəstələrinin müalicəsi neçəyə başa gəlir?
Bakı, 12 aprel, AZƏRTAC
Çində COVID-19 xəstəliyinə tutulan bir pasiyentin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir.
AZƏRTAC ÇXR mətbuatına istinadla xəbər verir ki, bu rəqəmləri Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi məsələləri üzrə departamentinin rəhbəri Cyun Syanszyun açıqlayıb.
Onun sözlərinə görə, aprelin 6-dək ölkənin bütün regionlarında yoluxma şübhəsi və təsdiqlənmiş diaqnozlu pasiyentlərin müayinə və müalicələrinin ümumi xərcləri 1,48 milyard yuan (211 milyon dollar) təşkil edib. Cyun Syanszyun, eyni zamanda, 990 milyon yuan həcmində xərcləri, yəni ümumi xərclərin 66,6 faizini tibbi sığortanın öz üzərinə götürəcəyini də qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]