Çində dağıntı altından 132 saat sonra bir nəfər xilas edilib VİDEO
Pekin, 5 may, AZƏRTAC
Çinin Çanşa şəhərində çökən binanın dağıntıları altından 132 saat sonra bir nəfər də xilas edilib.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, axtarış əməliyyatının gedişində yeri müəyyən edilən qadın 3 saatdan sonra xilas edilərək, xəstəxanaya yerləşdirilib. O, dağıntı altından xilas edilən 10-cu adamdır.
Hazırda axtarış işləri davam edir. Dağıntı altında sağ qalanların olması ehtimalı əsas götürülərək, axtarış işlərində ağır texnikadan istifadə olunmur.
Qeyd edək ki, aprelin 29-da günorta saatlarında Çanşa şəhərində səkkizmərtəbəli bina çöküb. Müvafiq icazə olmadan inşa edilmiş binada qəza nəticəsində 39 nəfərin itkin düşdüyü güman olunur. İndiyədək dağıntılar altından 5 nəfərin meyiti tapılıb. Hələlik qəzanın dəqiq səbəbləri bilinməsə də, icarədarların binanın strukturunda apardığı müəyyən dəyişikliklərin qəzaya səbəb olduğu güman edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]