Çində dəmir yolunda bədbəxt hadisədə 9 nəfər ölüb
Pekin, 4 iyun, AZƏRTAC
Çinin Qansu vilayətində dəmir yolunda baş verən bədbəxt hadisə nəticəsində 9 nəfər ölüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5:25-də Cinçen şəhərində baş verib. Lancou-Sincan xətti üzrə hərəkət edən qatar dəmir yolunda təmir işləri aparan fəhlələri vurub. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]