Çində yanacağın qiyməti yenidən bahalaşıb
Pekin, 21 sentyabr, AZƏRTAC
Çində yanacağın topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.
AZƏRTAC Çin Milli İnkişaf və İslahat Komitəsinin qərarına istinadla xəbər verir ki, sentyabrın 21-dən etibarən benzinin bir tonunun qiyməti 385 yuan (təxminən 53,7 ABŞ dolları), dizel yanacağının qiyməti isə 370 yuan (51 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Komitə yanacağın qiymət artımını dünya bazarında xam neftin qiymətinin dəyişməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yüəndən yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
Çin ABŞ-dan sonra dünyada ən böyük yanacaq istehlakçısıdır.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]