Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
Bakı, 16 iyul, AZƏRTAC
Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası ilk dəfə tam heyətlə iştirak edəcək. Komandamızın hazırlığı yüksək səviyyədədir. Çalışacağıq ki, komanda hesabında ilk onluğa daxil olaq. Əminik ki, Azərbaycan idmançıları festivalda uğurla çıxış edəcəklər.
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Olimpiya festivalının proqramına ilk dəfə güləş yarışları salınıb. Bu da komandamızın ümumi hesabda uğur qazanması üçün əlverişli imkandır. Medal gözləntiləri əsasən güləşçilərimizdən və cüdoçularımızdan olsa da, atletika və digər idman növlərində də medallar ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]