Çinin avtomobil bazarı canlanır
Pekin, 12 sentyabr, AZƏRTAC
Çinin son 2 ildə zəifləyən, cari ilin birinci rübündə isə COVID-19 pandemiyası səbəbindən xeyli geriləyən avtomobil satışları çoxalmağa başlayıb.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, avqustda avtomobil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxalaraq 2,19 milyona çatıb. Elektrik mühərrikli avtomobillər də daxil olmaqla “yaşıl avtomobil”lərin satışında isə 25,8 faizlik artım qeydə alınıb.
Assosiasiyanın məlumatına əsasən, ilin 8 ayında Çində 14,4 milyon avtomobil istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azdır. Hesabat dövründə avtomobil satışı da müvafiq olaraq 9,7 faiz azalıb.
Çində COVID-19 infeksiyasına yoluxma hallarının əhəmiyyətli dərəcədə azalması və paralel olaraq hökumətin təşviqedici tədbirləri sayəsində avtomobil bazarının canlanması iqtisadiyyatın bərpasına müsbət təsir edir.
Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışlarında azalma müşahidə olunur. 2018-ci ildə satış əvvəlki illə müqayisədə 2,8 faiz, ötən il isə 8,2 faiz azalıb. Cari ilin birinci rübündə pandemiya səbəbindən ölkədə həm istehsal, həm də satış xeyli azalmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]