Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin iqtisadi gücünün rəmzi – sürətli dəmir yolu VİDEO

Nançan, 27 dekabr, AZƏRTAC

Çin dünyada ən uzun sürətli dəmir yolu şəbəkəsinə malikdir. Söhbət sürəti saatda 200 kilometrdən çox olan yollardan gedir. Çindəki sürətli dəmir yolu xətlərinin ümumi uzunluğu 43 min kilometri ötüb. Çin bu rəqəmlə ən yaxın rəqibi İspaniyanı 10 dəfə qabaqlayır. Ümumiyyətlə, dünyadakı bütün sürətli dəmir yolu xətlərinin üçdəikisi Çin ərazisindədir. Sürətli dəmir yolu sistemi ölkə iqtisadiyyatının gücünün, sürətli modernləşməsinin, texnoloji tərəqqisinin rəmzinə çevrilib.

Çin sürətli dəmir yolu inşasına inkişaf etmiş ölkələrdən gec - 2000-ci illərin ortalarında başlayıb. Hələ 1978-ci ildə Yaponiyada səfərdə olan Çin lideri Den Siaopin o vaxt dünyanın ən sürətli qatarları olan “Şinkansen”i görəndən sonra öz ölkəsində də sürətli dəmir yolunun inşasına qərar verib.

İlk sürətli dəmir yolu xətti 2008-ci ildə paytaxt Pekin ilə yaxınlıqdakı Tiencin şəhəri arasında çəkilib. Hazırda isə sürətli dəmir yolu şəbəkəsi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edir. Əhalisinin sayı 500 mindən yuxarı olan şəhərlərin 75 faizi sürətli dəmir yolu şəbəkəsinə qoşulub. Amma Çin bununla da kifayətlənmir, 2035-ci ilədək sürətli dəmir yolu şəbəkəsinin 70 min kilometrə çatdırılması planlaşdırılıb.

İlk mərhələdə İsveç istehsalı olan elektrik qatarlarından istifadə edilirdisə, hazırda bütün xətlərdəki qatarlar yerli istehsaldır. Çinli mütəxəssislər xarici təcrübəni qısa zamanda mənimsəyərək, sürəti saatda 350 kilometrə çatan qatarlar istehsal etməyə nail olublar. Şanxaydakı maqlev xəttindəki qatarlar isə saatda 430 kilometr sürətlə hərəkət edir. Çin mütəxəssisləri sürəti saatda 620 kilometrə çatan maqlev qatarının bir neçə sınağını da həyata keçiriblər. Plana əsasən, həmin qatarlar 2025-ci ildən istifadəyə veriləcək.

Çinin sürətli dəmir yolu sistemi ilə bağlı daha bir maraqlı fakt isə onun hava yolu nəqliyyatı ilə sərnişin daşınmasına təsiridir. İldən-ilə sürətli qatarlardan istifadə edənlərin sayı artdıqca, xüsusən yaxın məsafələrə (500 kilometrədək) təyyarə uçuşlarında ciddi azalma müşahidə olunub. Hətta bəzi uçuşlar tam dayandırılıb. Çində sürətli qatarlarla il ərzində daşınan sərnişinlərin sayı 2015-ci ildə 1 milyard, 2018-ci ildə 2 milyard, cari ildə isə 3 milyard nəfəri ötüb. İnsanların sürətli qatarla səyahətə üstünlük verməsi təsadüfi deyil. Məsələn, paytaxt Pekindən ölkənin maliyyə mərkəzi olan Şanxaya təyyarə 2 saat 20 dəqiqəyə uçur, sürətli qatar isə 4 saat 30 dəqiqəyə gedir. Adətən şəhər kənarında yerləşdiyi üçün hava limanlarına gediş-gəlişə, uçuş üçün qeydiyyata, baqaj rəsmiləşdirilməsinə, təhlükəsizlik yoxlanışına, mənzil başına çatandan sonra baqajın alınmasına sərf olunan vaxtı hesablayanda sürətli qatar həm vaxt, həm də qiymət baxımından daha sərfəlidir.

Dekabrın 27-də Hancou-Nançan sürətli dəmir yolu xəttinin Huanşan-Nançan hissəsi istifadəyə verilib. Həmin xəttin açılış mərasimində AZƏRTAC-ın Çindəki xüsusi müxbiri də iştirak edib və ilk qatarın sərnişini olub. Anhuy və Ciansi vilayətlərini birləşdirən 286 kilometr uzunluğundakı Huanşan-Nançan xəttinin inşasına 2018-ci ildə başlanıb. İki vilayət üzrə 10 şəhərdən keçən xəttin təxminən 86 faizi körpü-tuneldən ibarətdir. Bu xətdə qatarlar maksimum saatda 350 kilometr sürətlə hərəkət edəcək.

Cari il ərzində Çində daha bir neçə sürətli dəmir yolu xətti istifadəyə verilib. Bunlardan ən diqqətçəkəni Fucien vilayətində Fucou, Siamen və Cancou şəhərlərini birləşdirən 277 kilometrlik xətdir. Qatarların Fucoudan saatda 350 kilometr sürətlə cəmi bir saata Cancouya çatdığı xəttin təxminən 20 kilometr dənizin üzərindən keçir. Bu, Çində dəniz üzərində inşa edilmiş ən uzun sürətli dəmir yolu xəttidir. Sıçuan və Çinhay vilayətlərini birləşdirən 238 kilometr uzunluğundakı xəttin əsas hissəsi dağlıq bölgədən keçir.

Çinli mütəxəssislər təkcə ölkədə deyil, xaricdə də sürətli dəmir yolu xətlərinin layihələndirilməsini və inşasını həyata keçirir. Belə ki, Çin şirkətləri Türkiyə, Venesuala, Argentina və İndoneziyada müvafiq layihələr reallaşdırıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Nançan

Çinin iqtisadi gücünün rəmzi – sürətli dəmir yolu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH