Çinin “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO
Pekin, 4 noyabr, AZƏRTAC
Çinin kosmik stansiyasında 192 günlük fəaliyyətini başa vuran “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar.
AZƏRTAC Çin Kosmos Agentliyinə istinadla xəbər verir ki, astronavtlar Yı Quanfu, Li Çon və Li Quansunu gətirən “Şencou-18” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə noyabrın 3-də günorta saatlarında “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul noyabrın 4-də gecə saat 01:24-də Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-18” missiyasının uğurla başa çatdığını elan edib.
Qeyd edək ki, “Şencou-18” missiyasına aprelin 25-də start verilib. “Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada oktyabrın 3-də start verilmiş “Şencou-19” missiyasının üç üzvü əvəzləyib. “Şencou-19” missiyasının da kosmosda təxminən 6 ay qalması planlaşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]