Çinin Şıciacuan şəhər sakinləri yenidən kütləvi şəkildə koronavirus testindən keçirilir
Pekin, 13 yanvar, AZƏRTAC
COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən tam qapanma elan edilən Çinin Şıciacuan şəhəri sakinlərinin ikinci dəfə kütləvi şəkildə koronavirus testindən keçirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Çin paytaxtının yaxınlığında yerləşən və 11 milyon əhalisi olan Şıciacuan şəhəri sakinlərinin ikinci dəfə kütləvi test olunması gündəlik yoluxma hallarının davam etməsi ilə bağlıdır. Kütləvi test prosesinin bir neçə günə başa çatdırılması planlaşdırılıb. Müvafiq qurumlar virusun yoluxma zəncirinin başlanğıcını tapa bilməyiblər.
Üç gün davam edən ilkin kütləvi test prosesində 364 nəfərin virusa yoluxduğu aşkarlanıb.
Qeyd edək ki, yanvarın ilk günlərindən başlayaraq COVID-19 virusuna yoluxma hallarının aşkarlanması səbəbindən yanvarın 7-də şəhərdə tam qapanma elan olunub. Şəhərə giriş-çıxış, o cümlədən təyyarə və qatarların hərəkəti tam dayandırılıb. Vilayət hökuməti Şıciacuandakı tam qapanma rejimini daha bir həftə uzatmaq barədə qərar qəbul edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]