“Çölçü” filminin yeni uğurları
Bakı, 3 iyul, AZƏRTAC
Rejissor Şamil Əliyevin “Çölçü” filmi Avstraliya, Nepal və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, “Çölçü” filmi “Old Monk İnternational Film Festival”da (fevral-may 2020, Nepal-Katmandu) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi və ssenari), “Sand Dance International Film Festival”da (yanvar-may 2020, Hindistan-Racastan) 4 dörd kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi, operator və musiqi) mükafat qazanıb.
Həmçinin “Wonderland International Film Festival” (yanvar-iyun 2020, Avstraliya-Sidney) və “Monthly Online İnternational Film Festival” (iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıb.
“Çölçü” 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyevdir. Film indiyədək 50-dən artıq müxtəlif mükafata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]