Çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB
Bakı, 28 noyabr, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunun Əlicabbar Orucov küçəsindəki çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
18:59
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.