CİNAYƏT HADİSƏLƏRİNİN ÜSTÜ İSTİ İZLƏRLƏ AÇILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 21-də respublika ərazisində qeydə alınmış 25 cinayət hadisəsindən 22-nin üstü isti izlərlə açılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotiklərlə əlaqədar 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmiş, cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur. Yeddi yol-nəqliyyat qəzasında altı nəfər ölmüş, 9 adam yaralanmışdır. Gün ərzində beş yanğın hadisəsi baş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]