“Clean Energy Capital” ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, icra müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
İcra müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.