COVID-19: Fransada kritik sanitar vəziyyət yaranıb, xəstələr arasında seçim aparılır
Paris, 29 mart, AZƏRTAC
Fransada COVID-19 epidemiyasından son sutkada reanimasiya şöbələrinə 238 ağır vəziyyətdə koronavirus xəstəsi daxil olub. Ölkədə reanimasiya şöbələrində ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı 4 872-yə çatıb ki, bu da epidemiyanın 2-ci dalğasının pik nöqtəsindəki rəqəmlə eynidir.
AZƏRTAC xəbər verir ki, bu haqda Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, xəstəxanalarda 27 712 koronavirus xəstəsi müalicə olunur. Epidemiya başlayandan 289 752 koronavirus xəstəsi sağalıb. Xəstəxanalarda son 24 saatda 131 virus qurbanı qeydə alınaraq, epidemiyadan ölənlərin ümumi sayı 94 596-ya çatıb.
Ölkədə son sutkada 37 014 olmaqla, pandemiya dövründə yuluxanların ümumi sayı 4 545 589-a çatıb. Fransada sanitar vəziyyətin çox narahatedici olduğunu bildirilərək, xəstələr arasında seçim aparılmasına başlanıldığı vurğulanır. Xəstələrin digər departamentlərə transferi başlayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]