COVID-19: Fransada son sutkada 35 min yeni yoluxma qeydə alınıb
Strasburq, 22 aprel, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 35 000 yeni yoluxma və bu xəstəlikdən 313 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, ölkədə epidemiya başlayandan koronavirusa 5 374 288 yoluxma qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 101 881-ə çatıb.
Hazırda xəstəxanalarda 30 954 fəal koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 5 959 xəstə intensiv müalicə olunur. Son 24 saatda xəstəxanalara 2095 yeni xəstə daxil olub. Bu günə qədər 325 811 koronavirus xəstəsi sağalaraq xəstəxanaları tərk edib.
Koronavirusun Paris və Paris ətrafı qəsəbələrdə daha sürətlə yayıldığı bildirilir. Fransada koronavirusla bağlı testlər satışa çıxarılıb. Bu testlərdən daha çox məktəblərdə istifadə olunacağı qeyd edilib.
Ölkədə koronavirusun fəal şəkildə yayıldığı vaxtda, hökumətin məhdudiyyət qaydalarının yumşaldılacağı və ictimai məkanların may ayının ortalarından açılacağı ilə bağlı məlumatı birmənalı qarşılanmayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]