COVID-19 pandemiyası gündəlik həyatın müxtəlif sahələrində rəqəmsal transformasiyanı sürətləndirdi
Bakı, 16 yanvar, AZƏRTAC
"COVID-19 pandemiyası gündəlik həyatın müxtəlif sahələrində rəqəmsal transformasiyanı sürətləndirdi. Səhiyyə sektorunda, təhsildə, biznes fəaliyyətində və digər sahələrdə qısa müddətdə çoxsaylı rəqəmsal həllər hazırlanaraq istifadəyə verildi".
AZƏRTAC xəbər verir ki, bunu “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimat mərasimində səhiyyə naziri Teymur Musayev deyib.
"Respublikamızda ölkə rəhbərliyinin tapşırığı əsasında pandemiyanın nəticələrinin minimallaşdırılması məqsədilə operativ tədbirlər həyata keçirildi. Virusun yayılmasının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən e-təbib mobil tətbiqi istifadəyə verildi.
Beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə qurumlarının birgə fəaliyyəti nəticəsində COVID-19 sertifikatlarının formaları təkmilləşdirildi və xarici ölkələrlə qarşılıqlı tanınması həyata keçirildi.
COVID-19 sertifikatlarının yoxlanılması məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən "check-up" mobil tətbiqi hazırlandı”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:25]
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
- 09.10.2026 [16:09]
Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
- 09.10.2026 [16:04]
® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib
- 09.10.2026 [15:43]