İDMAN
Cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
![](/files/galleryphoto/2017/3/1200x630/15087479604595040866_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15087479604315935459_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1508747960379532564_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15087479602319543585_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15087479601581947071_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15087479605546550407_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/150874796021337296_1200x630.jpg)
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov tədbirdə çıxış edərək idmana göstərilən dövlət qayğısından danışıb, yarışın keçirilmə qaydaları haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, Şərur və Culfa rayon idmançıları da iştirak ediblər.
Birincilikdə 2 yaş qrupunda 18 çəki dərəcəsi üzrə 120-dən çox idmançı güclərini sınayıb. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda 14-16 yaşlı idmançılar arasında Abbas Məmmədov, İsmayıl Musayev, Sənan Hüseynov, Vüqar Allahverdiyev, Elsevər Məmmədov, Elamin Zeynalov, Emil Quliyev, Səttar Rəhimli, Nihad Əliyev bütün rəqiblərini üstələyərək, birinci yerə layiq görülüblər.
13-11 yaşlı idmançılar arasında isə Cəfər Məmmədli, Həmzə Rəhimli, Sənan Cəfərov, Fuad Əşrəfli, Murad Hüseynov, Əli Heydərov, İsmayıl Abbaslı, Cəbrayıl Hüseynov və İsmayıl Fərəcov birinciliyin qalibi olublar.
Komanda hesabında Naxçıvan komandası I, Culfa komandası II, Şərur komandası isə III yerə layiq görülüb.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının medalları təqdim olunub.