CÜDO ÜZRƏ ÖLKƏ BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, Maştağa Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatmışdır.
Oğlanların yarışında İlqar İsmayılov (46 kq, “Neftçi” İSM), Həmid Dilbasov (50 kq, Respublika Olimpiya İdman Liseyi), Vüqar Şirinli (55 kq), Emin Fəqanoğlu (60 kq), Cəlil Həciyev (66 kq) - Sumqayıt şəhəri, Məhəmməd Xuduzadə (73 kq, Nizami rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi İOEUGİM), Hikmət Alışov (81 kq, Masallı), Orxan Səfərov (90 kq, “İnter” klubu), Elvar Güləhmədzadə (90 kq-dan yuxarı, Nizami rayonu İOEUGİM) bütün rəqiblərinə qalib gələrək öz çəki dərəcələrində ölkənin ən güclü cüdoçuları olduğunu sübut ediblər.
Qızların mübarizəsində isə Tatyana Epinfantsova (36 kq, Mingəçevir şəhəri), Məryəm Tervizova (40 kq, Zaqatala), Ülviyyə Vəliyeva (44 kq, “Neftçi” İSM), Asya Fətullayeva (48 kq, “Neftçi” İSM), Səbinə Allaherdiyeva (52 kq, Nizami rayonu İOEUGİM), Elmira Mustafayeva (57 kq, Daxili İşlər Nazirliyinin İdman Klubu ), Xanım Hüseynova (63 kq, “Neftçi” İSM), Gülsüm Əliyeva (70 kq, Ağcabədi), Asiman Şahbazova (70 kq-dan yuxarı, Əli Bayramlı) qızıl medala layiq görülmüşlər.
Fərqlənmiş idmançılar yığma komandanın heyətində ölkəmizi Avropa və dünya birinciliklərində təmsil edəcəklər.